İdman

Belçika millisinin baş məşqçisi istefa verib

1 Dekabr 2022 22:21
Baxış: 751
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Futbol üzrə Belçika millisinin baş məşqçisi Roberto Martines istefa verib.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə 49 yaşlı mütəxəssis Qətərdə keçirilən dünya çempionatında Xorvatiya ilə qolsuz heç-heçə etdikləri F qrupunun III tur oyunundan sonra mətbuat konfransında açıqlama verib. O, yığmadakı vəzifəsindən ayrıldığını açıqlayıb.

Martines 2016-cı ildən "qırmızı şeytanlar"a rəhbərlik edirdi.

Qeyd edək ki, Belçika millisi 4 xalla qrupu 3-cü pillədə başa vurub və mundialla vidalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.