İdman

Lui van Qal rekorda şərik oldu

26 Noyabr 2022 14:29
Baxış: 794
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Niderland millisinin baş məşqçisi Lui van Qal rekorda şərik olub.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 71 yaşlı çalışdırıcı buna dünya çempionatının qrup mərhələsinin Ekvadorla matçında (1:1) nail olub.

Bu görüşdə qeydə alınan bərabərlikdən sonra təcrübəli mütəxəssis mundiallarda ardıcıl 9-cu matçının əsas vaxtında uduzmayıb.

Bununla, Van Qal 1934-cü və 1938-ci illərdə İtaliya ilə dünya çempionu olan əfsanəvi Vittorio Potsonun rekordunu təkrarlayıb.

Onun Niderland millisinə ötən ilin avqustunda reallaşan qayıdışından sonra komandası məğlub olmayıb. "Narıncılar" bu müddət ərzində keçirdiyi 17 oyunda 12 qələbə qazanıb, 5 dəfə heç-heçə edib.

Qeyd edək ki, A qrupunda yer alan Niderland yığması növbəti matçını 29 noyabrda Qətərə qarşı keçirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.