İdman

"Mən Tanrının oğluyam və imanım sonsuzdur"

25 Noyabr 2022 22:15
Baxış: 1 041
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mən Tanrının oğluyam və imanım sonsuzdur".

Milli.Az "report"a istinadən bildirir ki, bunu Braziliya millisinin futbolçusu Neymar Qətərdə keçirilən dünya çempionatında Serbiyaya 2:0 hesabı ilə qalib gəldikləri G qrupunun ilk tur oyununda zədələnməsi barədə özünün sosial şəbəkə hesabında yazıb.

30 yaşlı hücumçu bildirib ki, bu, karyerasındakı ən çətin anlarından biri idi: "Yenə dünya çempionatı, yenə zədə. Bəli, bezdiricidir, ağrıyacaq, amma əminəm ki, qayıtmaq şansım olacaq. Çünki ölkəmə, komanda yoldaşlarıma və özümə kömək etmək istəyirəm. Heç vaxt düşmənə məğlub olmayacağam".

Qeyd edək ki, Neymar matçın 79-cu dəqiqəsində topuğundan zədə aldığı üçün əvəzlənib. Onun qrup mərhələsinin oyunlarını buraxacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.