DÇ-2022: Açılış oyunundakı rekordlar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Ekvador millisi DÇ-nin açılış oyunu da daxil olmaqla ardıcıl 7 matçda qapısını toxunulmaz saxlaya bilib. Komandanın hücumçusu Ener Valensiya açılış görüşündə ilk penalti vuran oyunçu olub.
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 56 ildən sonra mundiallar tarixinin antirekordu qeydə alınıb. Milli.Az matc.az-a istinadən bildirir ki, bu, Qətər və Ekvador komandaları arasında oynanılmış açılış matçında baş verib.
Qarşılaşmada ümumilikdə qapılara 11 zərbə endirilib. 1966-cı ildəki mundialdan sonra heç bir oyunda daha az cəhd olmayıb.
Bundan əlavə, Asiya Konfederasiyasından indiyədək hansısa kollektiv debüt görüşündə qalib gələ bilməyib.
Qətər yığması 1930-cu ildə Uruqvay, 1934-cü ildə isə İtaliyadan sonra yarışda ev sahibi kimi debüt edən 3-cü ölkə olub. Komanda həmçinin açılış qarşılaşmasında məğlubiyyətlə üzləşən ilk ev sahibidir. Yığma görüşü çərçivəyə bir zərbə belə endirmədən başa vurub. Belə hal ilk dəfə 1994-cü ildə baş verib. 1994-cü ildəki turnirdə ev sahibi ABŞ kollektivi eyni halla üzləşmişdi. 1998-ci ildə Almaniya Polşa ilə, 2018-ci ildə isə Səudiyyə Ərəbistanı Rusiya ilə açılış qarşılaşmasında çərçivəyə düşə bilməyib.
Ekvador millisi DÇ-nin açılış oyunu da daxil olmaqla ardıcıl 7 matçda qapısını toxunulmaz saxlaya bilib. Komandanın hücumçusu Ener Valensiya açılış görüşündə ilk penalti vuran oyunçu olub. Forvard həmçinin ilk oyunda dubl edən ikinci futbolçu adına da sahib çıxıb. 1934-cü ildə italiyalı Ancelo Skyavio ABŞ-la qarşılaşmada dubl etmişdi. Valensiya həmçinin açılış matçında fərqlənən ən yaşlı oyunçudur. O, 33 yaş 16-cı günündə bunu bacarıb. Daha əvvəl 1986-cı ildə 30 yaşlı italiyalı Alessandro Altobelli 1986-cı ildə Bolqarıstana qarşı bunu bacarıb.
Ener Valensiya dünənki matçdan əvvəl mundial təcrübəsi olan yeganə futbolçu idi. Belə hal sonuncu dəfə 1962-ci ildə yaşanıb. Həmin vaxt Çarlz Antenen (İsveçrə) Çili ilə açılış oyununda (1:3) bütün 22 iştirakçı arasında dünya çempionatı təcrübəsi olan yeganə oyunçu olub.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Türkiyədə iki hakim həbs edildi
-
Arda qiyməti 100 milyon avronu keçən ilk türk futbolçu oldu
-
İlie Datku vəfat edib
-
Tofiq Əliyev Böyük Britaniyada iki qızıl medal qazanıb - (Foto)
XƏBƏR LENTİ
-
Qabıqlı qozun kiflənmə və acılaşmasının qarşısını alan 4 addım
-
Günün hadisələri yuxularda necə əks olunur - Araşdırma
-
Ben Afflekdən Şakira ilə sevgili olma iddialarına reaksiya
-
Dünyanın ən bahalı milli komanda məşqçiləri nə qədər qazanırlar?
-
Tramp vaxtilə Dianaya evlilik təklif edibmiş - (Foto)
-
Çin nəqliyyat vasitələrinin ixracı ilə bağlı qaydaları dəyişir
-
"Cavan nəsil məni tanımır" - Teymur Əmrah
-
Günün qoroskopu: Başqalarının sizi idarə etməsinə imkan verməyin
-
İtə qarşı zorakılıq edən şəxslə bağlı yeni detallar - Yenilənib
-
Qeysəriyyə əməliyyatından sonra vəfat edən Səkinənin (Fotosu)
-
Zlatan İbrahimoviç ad günündə özünə 7 milyonluq “Ferrari” aldı - (Foto)
-
Nadir Qafarzadə yaralı halda efirə gəldi - (Video)
-
Bu gün həlak olan azərbaycanlı kapitanın (Fotosu)
-
Bakıda məktəbin qarşısında qıza görə qətl törədildi - (Video)
-
Sabah Yasamalda işıq olmayacaq
-
Türkiyədə təyyarədə bomba xəbərdarlığı - sərnişinlər təxliyə olunub
-
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub - (Foto)
-
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - (Video)
-
"Ukrayna dairəsi"ndə iki avtomobil toqquşdu - (Foto)
-
Şebnem Bozoklu 1 ilə 20 kiloqram arıqladı - (Foto)
-
Qara dənizdə vurulan gəmidə ölən Məhəmmədin (Fotosu)
-
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
-
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - (Video)
-
Türkiyədə iki hakim həbs edildi





