İdman

“Beşiktaş”ın oyunu təxirə salındı - İstanbuldakı partlayışa görə

13 Noyabr 2022 22:29
Baxış: 1 163
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Super Liqasının 14-cü turu çərçivəsində bu gün keçirilməli olan "Beşiktaş" - "Antalyaspor" matçı təxirə salınıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Buna İstanbulun İstiqlal küçəsindəki partlayış səbəb göstərilib. Hadisə nəticəsində azı 6 nəfər ölüb, 53 nəfər yaralanıb. Bu üzdən də təhlükəsizlik səbəbi ilə "Beşiktaş"ın stadionunda keçirilməli olan matçın başqa tarixdə oynanılmasına qərar verilib.
 
"Vodafone Park"da keçirilməli olan bu qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start verilməli idi. Arenaya toplaşan azarkeşlərin evlərinə getməsi xahiş olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.