İdman

"Real"ın ulduzu "Qalatasaray"da?

8 Noyabr 2022 13:31
Baxış: 1 259
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cari mövsümün əvvəlində İkardi, Mata, Mertens, Oliveyra, Torreyra kimi ulduzların transferi ilə səs salan "Qalatasaray" daha bir məşhur oyunçunu heyətinə qatmağı planlaşdırır.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, "Cim-Bom" "Real"ın hücumçusu Eden Hazardı transfer etməyi planlaşdırır. Bu barədə İspaniyanın "AS" və "Marca" nəşrləri məlumat yayıb. 

Türkiyə təmsilçisinin 31 yaşlı forvardla maraqlandığı, cari mövsümün sonunda icarə əsasında heyətinə qatacağı bildirilir. "Qalatasaray" İkardi keçidində olduğu kimi Edenin maaşının bir hissəsini ödəyəcək.

"Kral klubu" da 2024-cü ildə müqaviləsinin müddəti başa çatacaq Hazardla vidalaşmaq niyyətindədir.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.