İdman

Dünya çempionatlarında baş məşqçi kimi ən çox oyuna çıxan mütəxəssislər

8 Noyabr 2022 01:22
Baxış: 1 063
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) bu il Qətərdə keçiriləcək dünya çempionatı ərəfəsində daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Milli.Az report-a istinadən xəbər verir ki, mundiallarda baş məşqçi kimi ən çox meydana çıxan mütəxəssislərin siyahısı tərtib olunub.

İlk pillədə almaniyalı Helmut Şön qərarlaşıb. O, 1966, 1970, 1974 və 1978-ci illərdəki turnirlərdə 25 qarşılaşmada ölkəsinin yığmasına rəhbərlik edib.

Braziliyalı Karlos Alberto Perreyra bu göstəriciyə görə ikincidir. 79 yaşlı mütəxəssis 1982-ci ildə Küveyt, 1990-cı ildə Birləşmiş Ərəb Əmirlikləri, 1994 və 2006-cı illərdə Braziliya, 1998-ci ildə Səudiyyə Ərəbistanı, 2010-cu ildə isə Cənubi Afrika Respublikasının yığması ilə mundialın iştirakçısı olub. Perreyra 24 görüşdə baş məşqçi funksiyasını yerinə yetirib.

İlk "3-lüy"ü digər braziliyalı Luis Felipe Skolari qapayıb. 74 yaşlı mütəxəssis 2002 və 2014-cü illərdə Braziliya seçməsinin, 2006-cı ildə isə Portuqaliya yığmasının sükanı arxasında olub. O, ümumilikdə 21 matçda baş məşqçi kimi meydana çıxıb.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.