İdman

"Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm" - Murad Musayev

15 Oktyabr 2022 20:06
Baxış: 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çoxlu qol epizodları olan parlaq oyun izlədik. Yüksək tempi sonadək saxlaya bildik və fərqlənə bildik. Düşünürəm ki, penalti var idi. Önəmli olan qələbə idi ki, bunu da qazandıq".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu "Sabah"ın baş məşqçisi Murad Musayev evdə "Zirə"yə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının X tur oyunundan sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, komanda hələ tam formalaşmayıb: "Bəlkə bu gün yaxşı oynadıq. Amma bu, rəqibdən də asılı idi. Açıq oynadılar. Arsenalımızda olanları daha da inkişaf etdirməliyik".

O, hazırda qərarlaşdıqları mövqeyə layiq olduqlarını söyləyib: "Amma bəzi oyunlarda son dəqiqələrdə qol vurub qalib gəlmişik. Bəzən bəxtin gətirməyə də bilər. Ona görə də hansısa oyunda qələbə qazanmamağımızı və bu səbəbdən "Qarabağ"dan geri qaldığımızı müzakirə etmək istəmirəm".

Yusif İmanova şans verib, digər qapıçıları ehtiyatda saxlamasına da toxunan rusiyalı mütəxəssisin sözlərinə görə, bir çox komandada vəziyyət eynidir: "Onlarda da 4 qolkiper var. Bu, önəmli mövqedir. Hər dəfə dəyişiklik etmək olmur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.