İdman

Avroliqada həftənin oyunçusu bəlli oldu

14 Oktyabr 2022 23:10
Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu bəlli olub.

Milli.Az matc.az-a istinadən bildirir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilmiş səsverməyə əsasən, bu ada Portuqaliya "Braqa"sının hücumçusu Vitor Olivyera layiq görülüb.

22 yaşlı forvard Belçikada "Union"la 3:3 hesablı heç-heçə etdikləri görüşdə 41 dəqiqəyə het-trik edib.
 
Avroliqada həftənin ən yaxşı oyunçusu adına "Omoniya"nın (Kipr) qapıçısı Fransis Uzoho, PSV-nin (Niderland) yarımmüdafiəçisi Joey Veerman və "Şturm"un (Avstriya) hücumçusu Uilyam Bovinq də namizəd idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.