İdman

"Qarabağ" Konfrans Liqasının pley-offuna vəsiqəni təmin edib

13 Oktyabr 2022 22:51
Baxış: 1 874
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ" avrokubokların pley-offuna vəsiqəni təmin edib.

Buna Avropa Liqasının qrup mərhələsinin IV turu səbəb olub.

Bakıda "Olimpiakos"u qəbul edən Qurban Qurbanovun yetirmələri qolsuz bərabərliklə kifayətlənib - 0:0. Bununla da təmsilçimiz xal hesabını 7-yə çatdırıb.

"Qarabağ" bu sülhdən sonra G qrupunun ilk "üçlüy"ündə yerini təmin edib. Azərbaycan çempionu Avropa Liqasının ya 1/8, ya pley-offu, ya da Konfrans Liqasının pley-offunda oynayacaq.

Bu, Azərbaycan futbolu tarixində ikinci avrokubok baharı olacaq. "Qarabağ" ötən mövsümdə Konfrans Liqasında pley-off oynayıb.

Qeyd edək ki, Avropa Liqası və Konfrans Liqasında pley-off 2023-cü ilin fevralın 16-da və 23-də keçiriləcək. Avropa Liqasının 1/8 finalı martın 9-da və 16-da oynanılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.