İdman

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

11 Oktyabr 2022 22:53
Baxış: 906
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasının qrup mərhələsində IV tura start verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, artıq iki qrupda ilk oyunlar başa çatıb.

G qrupunda İngiltərənin "Mançester Siti" klubu Danimarkada "Kopenhagen"lə qarşılaşıb. Görüşdə qapılara qol vurulmayıb. 25-ci dəqiqədə qonaqlardan Riyad Mahrez penaltini boşa verib. 5 dəqiqə sonra isə komanda yoldaşı Serxio Qomes birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.

H qrupunda isə İtaliya "Yuventus"u İsraildə Hayfa "Makkabi"sinə 0:2 hesabı ilə uduzub. Meydan sahiblərindən hər iki qolu Omer Atsili vurub.

Çempionlar Liqası

Qrup mərhələsi, IV tur

11 oktyabr

G qrupu

20:45 "Kopenhagen" (Danimarka) - "Mançester Siti" (İngiltərə) - 0:0

Qırmızı vərəqə: Serxio Qomes, 30 ("Mançester Siti")

İstifadə edilməmiş penalti: Riyad Mahrez, 25 ("Mançester Siti")

23:00. "Borussiya" (Dortmund, Almaniya) - "Sevilya" (İspaniya)

Xal durumu: "Mançester Siti" - 10 (4 oyuna), "Borussiya" - 6, "Kopenhagen" - 2 (4 oyuna), "Sevilya" - 1

H qrupu

20:45. "Makkabi" (Hayfa, İsrail) - "Yuventus" (İtaliya) - 2:0

Qollar: Omer Atsili, 7. 42

23:00. PSJ (Fransa) - "Benfika" (Portuqaliya)

Xal durumu: PSJ - 7, "Benfika" - 7, "Yuventus" - 3 (4 oyuna), "Makkabi" - 3 (4 oyuna).

Qeyd edək ki, günün digər 6 oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.