İdman

Kasilyasdan sonra Puyol da paylaşımını sildi və üzr istədi

10 Oktyabr 2022 15:48
Baxış: 1 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın və İspaniya millisinin əfsanəvi müdafiəçisi Karles Puyol İker Kasilyasın tvitinin altında yazdığı zarafatını silib və ona görə üzr istəyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "mən səhv etdim. Bu yöndəmsiz zarafat üçün üzr istəyirəm, bu, pis niyyətli deyildi və tamamilə yersiz idi. Başa düşürəm ki, bu, kiminsə hisslərini incidə bilər. LGBT icmasına hörmətim və dəstəyim var", - Puyol öz "Twitter" səhifəsində yazıb.

Madrid "Real"ının keçmiş qapıçısı İker Kasilyas sosial şəbəkə hesabının hakerlər tərəfindən müvəqqəti olaraq ələ keçirildiyini yazıb.

O, məlum paylaşıma görə izləyicilərindən və LGBT icması üzvlərindən üzr istəyib.

Qeyd edək ki, bir müddət əvvəl futbolçunun hesabından cinsi oriyentasiyasını dəyişməsi barədə paylaşım olunub. Lakin təxminən bir saat sonra tvit silinib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.