İdman

“Olimpiakos” üzərində qələbənin böyük mükafatı - Yarım milyon manat!

7 Oktyabr 2022 14:35
Baxış: 2 008
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda "Olimpiakos"a 3:0 hesabı ilə qalib gələn "Qarabağ" klubunun rəhbərliyi futbolçulara mükafat ayırıb.

Milli.Az Sportlife.az-a istinadən bildirir ki, Ağdam klubu əsas heyətdə meydana çıxan futbolçuların hər birinə 25 min manat mükafat verəcək.

Oyuna sonradan daxil olanlar məbləğin 75, ehtiyat skamyada oturanlar isə 50 faizini alacaqlar.

Mükafaf məbləğinin 200 faizi Qurban Qurbanova, 100 faizi isə onun köməkçilərinə çatacaq.

Bu isə o deməkdir ki, bu qələbə üçün komandaya ümumilikdə yarım milyon manatdan çox mükafat büdcəsi ayrılıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.