İdman

"Qələbəyə layiq idik" - Mahir Emreli

25 Sentyabr 2022 22:39
Baxış: 1 235
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Oyun tam olaraq nəzarətimiz altında idi. Bəzi hallarda çatışmazlıqlarımız olurdu. Buna baxmayaraq, qələbəyə layiq idik".

Milli.Az "Report"a istinadən bildirir ki, bunu Azərbaycan yığmasının futbolçusu Mahir Emreli Bakıda Qazaxıstana 3:0 hesabı ilə qalib gəldikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra "CBC Sport"a açıqlamasında deyib.

Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasında çıxış edən 25 yaşlı hücumçu zədədən yeni qayıtdığını bildirib: "Bu hallarda optimal formaya qayıtmaq çətin olur. Bu günlərdə hər birimizin qələbəyə ehtiyacı var. Xalqımızı sevindirmək istəyirdik. Şəhidlər ölməz, Vətən bölünməz".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.