İdman

Aylin Əsgərova yarımfinal mərhələsinə yüksəlib

24 Sentyabr 2022 08:03
Baxış: 855
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Stolüstü tennisçimiz Aylin Əsgərova Tbilisidə keçirilən yeniyetmələrin "WTT Youth Contender" turnirində uğurla çıxış edir.

Milli.Az Azərbaycan Stolüstü Tennis Federasiyasına istinadla xəbər verir ki, bu gün 17 yaşadək idmançıların mübarizəsinə qatılan tennisçimiz qrup mərhələsində İran və Qazaxıstan tennisçilərinə qalib gələrək səkkizdəbir finala adlayıb. Ardınca daha iki qazaxıstanlı rəqibini də üstələyən tennisçimiz adını yarımfinala yazdırıb. Təmsilçimiz sabah finala vəsiqə uğrunda görüşdə Honkonq idmançısı ilə qarşılaşacaq.

Qeyd edək ki, bu gün yarışa qatılan daha bir tennisçimiz Arzu Aslanova dörddəbir finalda mübarizəni dayandırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.