“Onu milliyə çağırmadığım üçün özündən üzr istədim” - De Byazi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Slovakiya yığmasına qarşı keçirdikləri səfər oyununu şərh edib.
Milli.Az matc.az-a istinadən bildirir ki, italiyalı mütəxəssis 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Əla oyun keçdi. İlk hissə yaxşı alındı və komanda çox xoşuma gəldi. İkinci yarıda əziyyət çəkdik. Yorğunluq, hesabı qorumaq qorxusu var idi. Buna baxmayaraq, qalib gəldik. Hamımız sevinirik, Gənc komandayıq. Gələcək üçün yaxşı işlər görə bilərik. Bizə vaxt lazımdır".
66 yaşlı baş məşqçi nəticədən razı qaldığını söyləyib: "Uşaqlardan nə istəmişdim, hamısını yerinə yetirdilər. Xoşuma gəlməyən məqam pressinq zamanı oyunu daha yaxşı idarə edə bilməməyimiz oldu. İnkişaf etməliyik. İntensivliyi gördünüz. Futbolçuların fiziki durumu yaxşı idi. Bəzilərində isə yorğunluq nəzərə çarpırdı".
De Byazi son turda Bakıda Qazaxıstan seçməsinə qarşı keçirəcəkləri görüşə də toxunub: "Sabah istirahət edib, ümumi vəziyyətə baxacağıq. Kimin oynayıb-oynamasına qərar vermək tezdir. Riçard Almeydanın cəzalı duruma düşməsi məni məyus etdi. Bu gün çox yaxşı oynadı. Hətta onu bir ara yığmaya çağırmadığım üçün özündən üzr istədim. Əvvəllər başqa cür düşünürdüm. Gənclərlə yanaşı, təcrübəli oyunçulara da şans vermək lazımdır".
O, final fitindən sonra rəqib baş məşqçi Françesko Kaltsona ilə aralarındakı dialoqu da açıqlayıb: "Kaltsonaya dedim ki, narahat olmasın, millidə işləmək çox çətindir. Yaxşı komandası var. Cəmi 4 oyun keçirib. Baş məşqçi sehrbaz deyil. Qısa müddətdə böyük uğurlar gözləmək olmaz".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Seru Qirassi Levandovskini geridə qoydu
-
Braziliyalı hücumçu "Sabah"da
-
“Qarabağ”ın keçmiş qapıçısı azarkeşləri hədələdi - Klubdan qovdular
-
Messi Avropada klub alır
-
Arda Gülerə Çempionlar Liqasından möhtəşəm mükafat - Luiş Fiqu təqdim etdi - (Foto)
XƏBƏR LENTİ
-
Mərhum jurnalistin məzarından bürünc barelyef oğurlanıb
-
Seda Sayanın əri ilə romantik anları: "O qədər gözəlsən, "Ay kimsən"" - (Video)
-
Firuzə İbadova xəstəxanaya yerləşdirildi
-
Qalib Bayramova hökm oxundu
-
Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus
-
Vəfat edən qızının əmanətini gəlin köçürən nənə və baba kövrəltdi - (Video)
-
Bank VTB (Azərbaycan) uşaqlar üçün 6-cı “Yay düşərgəsi” təşkil edib
-
Gürcüstandan uçan təyyarə dənizə təcili eniş edib
-
Naxçıvanda 45 kiloqramdan çox metamfetamin ələ keçirildi
-
“Mourinyonun Arda ilə problemini həll etmək çətindir”
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Xalq artisti Aleksandr Yakovleviç Şarovskinin vəfatı ilə bağlı nekroloq imzalayıblar
-
Uşağın qamətini pozan səhvlər: Valideynlər bunlara diqqət etsin
-
Ağır məktəb çantası uşağın onurğasını necə zədələyir? - Xəbərdarlıq
-
Məleykə Əsədovanın qızı bu ölkədə təhsil alacaq
-
Şəkidə 2 nəfərin öldüyü faciə ilə bağlı yeni faktlar - (Foto)
-
İstanbulda 12 yaşlı azərbaycanlı uşaq güllələndi - Anbaan Video
-
Serbiyada növbədənkənar seçkilərin tarixi açıqlandı
-
Acun: “Bugünkü uğurumun sirri əslində tənhalıqdır”
-
Yaxın günlərdə Coşqunun toyu olacaqmış...
-
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Aleksandr Şarovskinin vida mərasiminə əklil göndəriblər - (Foto)
-
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Madriddə MAMA “Ana təbiət” beynəlxalq incəsənət sərgisinin açılışında iştirak ediblər - (Foto)
-
Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək
-
“Şəhərsalma və Memarlıq: Gələcəyə Baxış” mövzusunda tədbir keçirilib - (Foto)
-
Xalq artistinin iş yeri bəlli oldu





