İdman

Hacı Əliyev üçün DÇ-də bürünc medal şansı

17 Sentyabr 2022 21:34
Baxış: 1 026
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu gün sərbəst güləş üzrə son üç çəkidə mübarizəyə start verilib.

Azərbaycan təmsilçilərindən İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4. Rəqibi finala çıxdığı üçün İslam sabah Beşir Alili (Şimali Makedoniya) ilə təsəlliverici görüşə çıxacaq.
 
Üçqat dünya və üçqat Avropa çempionu, Yay Olimpiya Oyunlarının gümüş və bürünc medalçısı Hacı Əliyev (65 kq) də yarışa 1/8 finaldan qoşulub. 31 yaşlı pəhləvan 1/8 finalda argentinalı Aqustin Destribatsı üstələyib - 6:1. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəlili ilə bacarmayıb. 2:9 hesabıyla uduzan Əliyev sabah bürünc medal uğrunda güləşəcək.
 
Nəhayət, 97 kiloqram çəki dərəcəsindəki Avropa çempionu Maqomedxan Maqomedov 1/8 finalda Erik Tilyeni (Almaniya) məğlub edərək 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə ABŞ təmsilçisi Kayl Snayderlə üz-üzə gələən Maqomedov məğlub olub. Onun da rəqibi finala çıxdığı üçün təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Maqomedxan sabah Polşadan olan Zbiqniev Baranovski ilə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.