İdman

UFC: Nəriman Abbasov iddiaçılar turnirində uduzub - VİDEO

7 Sentyabr 2022 08:09
Baxış: 2 051
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) "Dana White's Contender Series" (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.

Milli.Az "report"a istinadən bildirir ki, 28 yaşlı idmançı debütünü braziliyalı İsmael Bonfimə qarşı keçirib.

Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbə ilə başa çatıb.

Beləliklə, Azərbaycanın 28 yaşlı təmsilçisi karyerasında dördüncü dəfə məğlubiyyətlə üzləşib. Bu qələbə onun rəqibi üçün MMA-da 17-ci (üç məğlubiyyət - red) olub.

Xatırladaq ki, Abbasov daha əvvəl "AMC Fight Nights" turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub. Azərbaycanlı döyüşçü texniki fasilə ilə qalib gəlib.

Döyüşçülər iyunun 10-da Moskvada keçirilən "AMC Fight Nights" 112 turnirinin birincisi olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.