İdman

Runi malikanəsini 3,7 milyona satdı

6 Sentyabr 2022 08:34
Baxış: 740
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə millisinin sabiq futbolçusu Ueyn Runi ailəvi malikanəsini satıb.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 5 yataq otağına malik "Wayne's World"un satışı 3,7 milyon funt sterlinqə gerçəkləşib.

Malikanənin yeni sahibinin adı açıqlanmır. Runi Çeşir qraflığının Prestberi adlanan ərazisindəki malikanəni 2005-ci ildə 1,5 milyona alıb. Ötən əsrin 30-cu illərindən qalma evi tamamilə sökən Runilər ailəsi yeni malikanə tikdirib. Ərazidə hovuz, trenajor zalı, kinoteatr və mini futbol meydançamı da var.

Qeyd edək ki, Runi hazırda MLS təmsilçisi "Di Si Yunayted"in baş məşqçisidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.