İdman

Qətərdəki dünya çempionatından əldə olunacaq gəlir açıqlandı

29 Avqust 2022 20:40
Baxış: 1 325
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatından əldə ediləcək gəlir bəlli olub.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DÇ-2022-nin icraçı direktoru Nasser Əl-Xater açıqlamasında bildirib.

Onun sözlərinə görə, FIFA-nın hesablamalarına əsasən, mundialın gəlirləri 6 milyard dollara çata bilər.

Əl-Xater yarışın açılışına üç ay qalmış azarkeşlər üçün xüsusi hayya kartını sınaqdan keçirəcəklərini söyləyib. Bu kart tərəfdarların ölkəyə giriş üçün viza və stadionlara buraxılış rolunu oynayacaq.

Dünya çempionatı üçün sonuncu stadionun açılış mərasimi sentyabrın 9-da Lusail şəhərində gerçəkləşəcək. Burada Misir və Səudiyyə Ərəbistanı çempionları Lusail Superkuboku uğrunda matçda üz-üzə gələcəklər. Hayya kartı ilk olaraq bu qarşılaşmada istifadə olunacaq.

Qeyd edək ki, DÇ-2022 20 noyabr - 18 dekabrda gerçəkləşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.