İdman

"Avropa Liqasında maksimum nəticəyə çalışacağıq"

24 Avqust 2022 07:50
Baxış: 1 030
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oyuna yaxşı hazırlaşmışdıq, yaxşı mübarizə apardıq".

Milli.Az matc.az-a istinadən bildirir ki, bunu "Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə Çempionlar Liqasının pley-off mərhələsində "Viktoriya" ilə keçirilən cavab oyunu barədə danışarkən deyib. 

Bakıda rəqibi ilə qolsuz bərabərə qalan və Plzendə 1:2 hesabı ilə məğlub olan Azərbaycan çempionu mübarizəni Avropa Liqasının qrupunda davam etdirəcək.
 
Müdafiəçi oyundan sonra "CBC Sport" telekanalına açıqlamasında bunları deyib: "Təəssüf ki, iki qol buraxdıq və mərhələni adlaya bimədik. Mərhələni adlamağı çox istəyirdik. Komanda şəklində hamımız vuruşduq, əlimizdən gələni etdik. Amma sonda məğlub olduq. Avropa Liqasında da əlimizdən gəldiyi qədər maksimum nəticə qazanmağa, qalibiyyətlər əldə etməyə çalışacağıq. Təəssüf ki, xalqımızı sevindirə bilmədik. Dəstəklərdən xəbərimiz var idi. Bütün azarkeşlərə təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.