İdman

"Olimpiakos" "Neftçi"nin sabiq futbolçusu ilə bağlı qərarını verdi

21 Avqust 2022 14:22
0 Şərh     Baxış: 866
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yunanıstanın "Olimpiakos" klubu futbolçusu Mamadu Kaneni icarəyə verib.

Milli.Az Offsideplus.az-a istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını "Pafos"da davam etdirəcək. Razılaşmaya əsasən, qvineyalı oyunçu mövsümün sonunadək Kipr təmsilçisində çıxış edəcək.

Qeyd edək ki, Mamadu Kane 2019 - 2021-ci illərdə "Neftçi"də çıxış edib. Afina təmsilçisi 2021-ci ilin yayında futbolçunu 300 min avro qarşılığında transfer edib. "Olimpiakos"la 4 illik müqavilə imzalayan Kane 2021/2022 mövsümünün ilk yarısında icarə əsasında "ağ-qaralar"da oynayıb. O, 2020/2021 mövsümündə "Neftçi" ilə ölkə çempionu olub. Kane paytaxt təmsilçisi ilə bütün turnirlərdə 71 oyun, transfer olduğu Yunanıstan klubunun heyətində isə bütövlükdə 7 matç keçirib. Futbolçu 2020-ci ilin noyabrında debüt etdiyi Qvineya millisində isə indiyə qədər 11 oyunda iş başında olub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.