İdman

"Salah üçün ən azı 200 milyon avro ödəyərdim"

20 Avqust 2022 16:52
0 Şərh     Baxış: 1 102
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya millisinin və "Roma"nın sabiq hücumçusu Françesko Totti əvvəllər eyni klubda çıxış etdiyi "Liverpul"un futbolçusu Məhəmməd Salah haqqında fikirlərini bölüşüb.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, o, misirli oyunçu barədə müsbət fikirlər səsləndirib: "Salah böyük oyunçu olmamışdan əvvəl təvazökar bir oğlan idi. Onun bizimlə əla çempionluğu var idi. Bilirdim ki, "Liverpul" kimi kluba keçsə, daha da güclənəcək. O, dünyanın ən yaxşı on oyunçusundan biridir. Mən Salah üçün ən azı 200 milyon avro ödəyərdim".

Qeyd edək ki, Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Onun klubla müqaviləsi 2025-ci ilin iyununda başa çatır. O, 2015/2016, və 2016/2017 mövsümlərində "Roma"da oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.