İdman

Qrup komandamız İslamiadada qızıl medal qazandı - FOTOlar

14 Avqust 2022 09:15
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

V İslam Həmrəyliyi Oyunlarında bədii gimnastika üzrə qrup hərəkətlərində çoxnövçülükdə Azərbaycan komandası qızıl medal qazanıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, komandaya Daria Sorokina, Kamilla Əliyeva, Ləman Əlimuradova, Güllü Ağalarzadə, Elizaveta Luzan, Zeynəb Qummətova daxil olub.

Xatırladaq ki, bundan əvvəl fərdi proqramda çıxış edən gimnastlar Zöhrə Ağamirova, İlona Zeynalova və Alina Gözəlova komanda hesabında İslamiadanın "qızıl"ını qazanmışdılar.

Qeyd edək ki, V İslam Həmrəyliyi Oyunları Türkiyənin Konya şəhərində keçirilir. Yarışlar avqustun 18-dək davam edəcək.

İslam Həmrəyliyi Oyunlarında İslam Əməkdaşlıq Təşkilatına üzv olan 56 ölkənin idmançıları iştirak edir. Yarışlar Konya şəhərinin 14 yerində keçirilir. Yarışın nəticələrinə əsasən, idmançılara 355 medal təqdim olunacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.