Maraqlı

Məşq etmədən əzələ artırmaq mümkün olacaq - Yeni texnologiya

9 Sentyabr 2026 04:04
Baxış: 168
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Çin alimləri fiziki məşqlərin orqanizmə təsirini təqlid edə bilən yeni texnologiya hazırlayıblar.

Milli.Az xəbər verir ki, yeni texnologiya bir inyeksiya vasitəsilə fiziki məşqləri əvəz etməyə imkan verir.

Hələlik inyeksiya insanlar üzərində klinik sınaqlardan keçirilməyib.

Siçanlar üzərində aparılan təcrübələr zamanı preparatın yeridilməsindən sonra heyvanların əzələ kütləsinin və gücünün artdığı, sümük sıxlığının yüksəldiyi, sistemli iltihab əlamətlərinin azaldığı müəyyən edilib. Bundan başqa, siçanların qaraciyərinin fəaliyyətində də yaxşılaşma müşahidə olunub.

Yeni üsul ilk növbədə yataq xəstələri, iflic olanlar, ağır travmalardan sonra hərəkət imkanları məhdudlaşan şəxslər və yaşlı insanlar üçün nəzərdə tutulması planlaşdırılır.

Gələcəkdə isə uğurlu nəticələr əldə olunduqdan sonra bu üsuldan sağlam insanların da istifadə edə biləcəyi bildirilir. (Musavat.com)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.