Dünya

"Tasnim": ABŞ İranın neft tankerinə raket hücumu edib

9 Sentyabr 2026 00:13
Baxış: 190
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Xarq adası yaxınlığında İranın neft tankeri ABŞ qüvvələrinin raket hücumuna məruz qalıb.

Milli.Az "Tasnim"ə istinadən xəbər verir ki, tanker ABŞ qüvvələrinin mərmisi ilə vurulub.

"Xoşbəxtlikdən hücum insan itkisi ilə nəticələnməyib və tankerin heyəti təxliyə edilir", - məlumatda bildirilib.

Qeyd olunub ki, dəyən zərərin miqdarı və bu hadisənin dəqiq miqyası barədə əlavə təfərrüatlar aidiyyəti orqanlar tərəfindən araşdırılır.

Xatırladaq ki, İranın liman şəhəri olan Caskda da partlayış səsi eşidilib.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.