Cəmiyyət

BDYPİ-dən hərəkət iştirakçılarına müraciət

9 Sentyabr 2026 09:40
Baxış: 244
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Zərdab-Ağcabədi avtomobil yolunda minik avtomobili ilə traktorun toqquşması nəticəsində 5 nəfərin həyatını itirməsi, 2 nəfərin isə xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi yollarda təhlükəsizlik qaydalarına ciddi əməl olunmasının vacibliyini bir daha gündəmə gətirib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, kənd təsərrüfatı texnikalarını, o cümlədən traktor və qoşqulu nəqliyyat vasitələrini idarə edən şəxslər yol hərəkəti qaydalarına ciddi riayət etməlidirlər.

Qeyd olunub ki, texnikanın sazlığı mütəmadi yoxlanılmalı, işıq cihazlarından və işıqəks etdirən tanınma vasitələrindən düzgün istifadə edilməli, hərəkət zamanı bütün təhlükəsizlik tədbirləri təmin olunmalıdır.

BDYPİ digər nəqliyyat vasitələrinin sürücülərinə də müraciət edərək sürəti yol və hərəkət şəraitinə uyğun seçməyi, təhlükəsiz ara məsafəsi saxlamağı, qarşıdakı yol sahəsinə daim nəzarət etməyi və riskli manevrlərdən çəkinməyi tövsiyə edib.

İdarə bir daha vurğulayıb ki, bir anlıq diqqətsizlik və təhlükəsizlik tələblərinə etinasızlıq ağır və geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

BDYPİ bütün hərəkət iştirakçılarını yol hərəkəti qaydalarına ciddi əməl etməyə, diqqətli və məsuliyyətli davranmağa çağırıb.

Müəllif: Malik Məlikov (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.