"Turan Tovuz"la matçın təxirə salınmasını mən istədim" - Qurban Qurbanov
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Futbolçularımı təbrik edirəm. İntizamlı və əks-hücumlarda təhlükəli olan komandaya qarşı oynadıq. Səbirli olmaq önəmli idi. Vacib 3 xal qazandıq. Qələbəyə layiq idik. Rəqibə uğurlar arzu edirəm".
Milli.Az "Report"a istinadən bildirir ki, bunları "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis bu qarşılaşmanın Çexiyanın "Viktoriya" (Plzen) komandası ilə UEFA Çempionlar Liqasının pley-off görüşləri üçün faydalı olacağını söyləyib: "Plzen təmsilçisinin oyununa baxmışam. Bizə qarşı daha çox sürpriz edə bilərlər. Hələ vaxtımız olacaq. Onları yaxından təhlil edəcəyik".
Qurbanov III turda "Turan Tovuz"la görüşün təxirə salınmasına münasibət bildirib: "Görüşün təxirə salınmasını mən istədim. Matçlar arasında 6 gün fərq var idi. Son zamanlarda sıx qrafikdəyik. Futbolçular çox yüklənir. Səfərə gedəcəyik, buna görə istədik ki, oyunçular bir yerdə heç olmasa 3 gün hazırlaşa bilsinlər. Qarşılaşmanın təxirə salınmanın faydası olacağını düşünürəm".
Təcrübəli baş məşqçi oyunun VAR sisteminə görə çox dayandığını sözlərinə əlavə edib: "Əsas vaxta baxsaq, bəlkə də elə 90 dəqiqə oynamışıq. Hakimlərimiz VAR-a yeni öyrəşir. Qərarlarda bir az gecikirlər. Zamanla bunlar düzələcək, daha tez qərar veriləcək".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Yalnızlıq ömrü qısaldır - Kişilər daha çox risk altındadır
-
“Sabah”ın Çempionlar Liqası oyunları üçün biletlərlə bağlı yenilik
-
Bu avtomobil nömrəsi 600 min manata satışa qoyuldu
-
Xətainin heykəli ilə bağlı rəsmi açıqlama - (Foto)
-
Azərbaycanda zəlzələ oldu
-
Oktyabrda hava necə olacaq?
-
Kiyev cəbhə şəhərinə çevrilir
-
Bakının içməli su sistemi dəyişir
-
Bakı yağışa hazırdır? - Riskli ərazilər açıqlandı
-
AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir
-
Makiyaj videosu yayılan qız sığınacağa yerləşdirilib? - Direktordan açıqlama
-
Qubad İbadoğlu Almaniyaya getdi - Barəsində yeni qərar
-
Bu küçədə evlər söküləcək - Sakinlərə 2700 manat təklif olunub
-
Rusiyada yaşayan azərbaycanlıların nəzərinə: Yeni qadağa
-
Əvəz Zeynallı dəfn edildi
-
Bakıda gecədən etibarən yollar bağlanır - Ərazilər
-
Tierri Anri: "Arda Gülər... Bu adı unutmayın"
-
Prezident İlham Əliyev Məsud Pezeşkianı təbrik edib
-
Bu şəxslər sürücülük vəsiqəsi ala bilməyəcək
-
“Roşka”nın 5 il həbsi tələb edildi
-
“Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlandı
-
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
-
Toyda gəlini bəd nəzərdən qorumaq üçün başdan-ayağa qızıla bürüdülər - (Video)
-
Elgiz Əkbərin efirində göndərilən hədiyyələr gündəm oldu - (Video)





