İdman

Hacı Əliyev ilk görüşdə qələbə qazandı

10 Avqust 2022 14:33
1 Şərh     Baxış: 1 303
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Türkiyənin Konya şəhərində baş tutan V İslam Həmrəyliyi Oyunlarında keçirdiyi ilk görüşündə qələbə qazanıb.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, üçqat Avropa və üçqat dünya çempionu olan idmançımız iranlı Murteza Hassan Alini məğlub edib. 

65 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz görüşdə hesabda geridə olmasana baxmayaraq 8:4 hesabı ilə əzmkar qələbə qazanıb. Beləliklə, H. Əliyev yarımfinala vəsiqə əldə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.