İdman

“Qarabağ” Azərbaycanın xal ehtiyatını artırdı

10 Avqust 2022 07:48
0 Şərh     Baxış: 1 286
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan UEFA reytinqində 2022/23 mövsümü üçün xal ehtiyatını yenidən artırıb.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu, "Qarabağ"ın UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş"u üzərində 3:1 hesablı səfər qələbəsi sayəsində mümkün olub.

Bu nəticə hazırda avrokuboklarda 2 komanda ilə təmsil olunan Azərbaycanın aktivinə daha 0.250 xal gətirib. Bu mövsüm üzrə xal sayını 1.875-ə, son 5 mövsümdə isə 14.500-ə çatdıran Azərbaycan 29-cu pillədə qalsa da, özündən öndə olan Polşaya yaxınlaşıb. Hazırda bu ölkə 15.375 xalla 28-ci sırada qərarlaşıb. Əsas izləyicilərimiz isə eyni xala (12.375 ) malik Sloveniya və Qazaxıstandır.
 
Azərbaycanın Konfrans Liqasındakı təmsilçisi "Neftçi" 3-cü təsnifat mərhələsinin cavab oyununda avqustun 11-də Avstriyada "Rapid" (Vyana) klubunun qonağı olacaq. Bakıdakı ilk matçda "ağ-qaralar" rəqibini məğlub edib - 2:1.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.