İdman

“Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm”

27 İyul 2022 08:43
2 Şərh     Baxış: 2 415
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə (İsveçrə) keçiriləcək cavab matçı üçün təşkil edilən mətbuat konfransında maraqlı anlar yaşanıb.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, Sürixdəki mətbuat konfransında yerli jurnalistlərdən biri Qurbanova rus dilində sual verib və qeyd edib ki, rus dilində danışa bildiyini eşidib.

Baş məşqçi isə cavabında "Rusca bilirəm, amma Azərbaycan dilində cavab verəcəyəm" deyib.

Sualı dinləyən çalışdırıcının cavabı Azərbaycan dilində olub.

Qeyd edək ki, sabah keçiriləcək "Sürix" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. Bakıdakı ilk görüşdə Ağdam təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.