İdman

Azərbaycanın məşhur futbolçusunun DİLİ QATLANDI

21 İyul 2022 21:49
0 Şərh     Baxış: 2 518
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qəbələ"nin futbolçusu İlkin Qırtımov Macarıstanda "Fehervar"a qarşı UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda ağır zədə alıb.

Rəqib oyunçu ilə toqquşmadan sonra 32 yaşlı müdafiəçinin dili qatlanıb.

Ona ilk yardımı komanda yoldaşı Asif Məmmədov göstərib. "Qırmızı-qaralar"ın kapitanı dərhal müdaxilə edərək, Qırtımovun həyatını xilas edib.

Futbolçu meydançanı xərəkdə tərk edib. Onun əvəzinə oyuna Rüfət Əhmədov daxil olub.

Qeyd edək ki, hazırda matçda ilk hissə oynanılır və hesab bərabərdir - 1:1.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.