Qurban Qurbanov: "Hələ matçdan əvvəl demişdim ki..."
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" komandasına qarşı keçirdikləri ilk oyunu şərh edib.
Milli.Az matc.az-a istinadən bildirir ki, Ağdam klubunun çalışdırıcısı 0:1 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
"Rəqibdə məni təəccübləndirən böyük nəsə olmadı. Sadəcə, onlardan hücum futbolu gözləyirdim. Öz komandamdan razı qaldım. Klubda hər şey qaydasındadır. Kənardan baxanda hər şey rahat görünə bilər. Ürəkdən bu komandada oynamaq istəyən futbolçular hazırda bizimlədir. Çatışmayan cəhətlərimiz ola bilər. Lakin oyundan razı qaldım. Səfərdə olmağımıza rəğmən, çox pressinq etdik, rəqibə imkan vermədik. Bu səviyyədə oyunlara çox az çıxırıq. Polşa çempionatının səviyyəsi hamıya məlumdur. Cavab matçında çox dəyişiklik etmək fikrimiz yoxdur. Gerçəkləşdirmək istədiklərimizi daha yaxşı etməliyik. Nəticə üçün ən yaxşısını etməyə çalışacağıq. Bir həftə vaxtımız var. Bu, rəqibi daha yaxından tanımağımıza da kömək olacaq".
Təcrübəli baş məşqçi "Lex"in onlardan üstün oynamadığını söyləyib: "Məğlubiyyətə səbəb Avstriyadakı yükləmə və ya düzgün olmayan məşq prosesi deyil. Sanki səhvlər axtarırıq. Komandamın bugünkü çıxışından razı qaldım. Polşada "Lex"in üzərinə getdiksə, hücum futbolu oynadıqsa, futbolçularımdan razı qalmalıyam. Təbii ki, 90 dəqiqəni eyni tempdə keçirmək mümkün deyil. Çatışmazlıqları, səhvləri aradan qaldırmağa çalışacağıq. Komandanı istədiyimiz səviyyəyə gətirməyə çalışırıq. Məğlub olduğumuz üçün hazırlığı və ya sistemi dəyişmək fikrimiz yoxdur".
Qurbanov növbəti mərhələ üçün komandaların şanslarının bərabər olduğunu sözlərinə əlavə edib: "Hələ matçdan əvvəl demişdim ki, bu cütün favoriti yoxdur. Yenə də fikrimdə qalıram. Bu gün məğlub ola bilərik".
Mütəxəssis Toral Bayramov və Abbas Hüseynovun əsas heyətdəki yerlərini itirmələrinə də toxunub: "Digərləri hazırda onlardan daha yaxşı durumdadır. Amma hər ikisinə güvənirik, əsas oyunçularımızdır. Qarşıdakı görüşlərdə də istənilən dəyişiklik ola bilər. Hər bir futbolçu verilən şansdan maksimum istifadə etməlidir".
Baş məşqçi son olaraq "rəqibdən belə oyun gözləyirdinizmi" sualını cavablandırıb: "Burada bəzi nüanslar var. Hiss olunurdu ki, ehtiyatlanırdılar. Bunu nəzərə almışdıq, sürpriz deyildi. Biz yenə öz oyunumuzu göstərməyə və daha da yaxşılaşdırmağa çalışırıq".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
"Utanın, yerin dibinə girin" - Aparıcıdan futbolçularımıza sərt sözlər
-
Zidan həmin hadisədən danışdı: "Peşman da deyiləm"
XƏBƏR LENTİ
-
"Turan Tovuz" - "Fənərbağça" oyununa 25 minə yaxın bilet satılıb
-
Bakıda kişi pilləkənlərdən yıxılıb öldü
-
"Forsaj" serial olacaq
-
Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq
-
Texnologiyada qadın gücü: Bir "Ctrl is hers” qalibləri üçün təlimlərə başlayıb
-
Türkiyədə 11 şəhərə “sarı” xəbərdarlıq edildi
-
Məktəbdə şagirdlərin zəhərlənməsi ilə bağlı səs yazısı yayıldı - DİN-dən reaksiya
-
Azərbaycan - Litva oyununun hakimləri açıqlandı
-
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
-
Uşağı xaricə aparmaq istəyən valideynlər bunu bilməlidir
-
Prezident İlham Əliyev: Gələn il minimum əməkhaqqı, pensiyalar, sosial müavinətlər qaldırılacaq
-
Putin əmr edib ki, məktəblər də vurulsun - Zelenski
-
Ukrayna ilə sərhəddə PUA düşdü - Rumıniyada yanğın başladı
-
Türkiyə millisi Belçika ilə oyunöncəsi əsas heyət üzvünü itirdi
-
Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? - (Video)
-
Azərbaycanda güclü yağış yağacaq - Proqnoz verildi
-
Ötən ay sərhədi pozan 20 nəfər saxlanıldı
-
Azərbaycanda evlilik yaşı artır: Gənclər niyə gec ailə qurur?
-
“8 gün ac və bağlı otaqda qaldım” - Məşhur rəqqasa qarşı daha bir ittiham
-
Sumqayıtda məktəbdə zəhərlənən şagirdlərin sayı 21-ə çatdı - (Yenilənib)
-
Türkiyədə daha bir bələdiyyə sədri saxlanıldı
-
Maşında qadına şiddət göstərən rəqqas saxlanıldı
-
Ədliyyə Nazirliyi və DİN birgə əməliyyat keçirdi - (Foto)
-
AQTA: Sumqayıtda məktəbdə baş verən zəhərlənmə hadisəsi nəzarətdədir





