İdman

Berluskonidən İkardinin arvadına cəlbedici təklif

5 İyul 2022 14:00
0 Şərh     Baxış: 1 575
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa futbolunda transferlər dalğası davam edir.

Bu mövzuda mediada rəsmi xəbərlərlə yanaşı, çox sayda iddialar da dolaşır.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, növbəti belə iddia İtaliya A seriyasının debütantı "Monza" və PSJ-nin oyunçusu Mauro İkardi barədə yayılıb.

Deyilənlərə görə, bu il yüksək liqaya vəsiqə qazanan klubun sahibi, italiyalı siyasətçi Silvio Berluskoni argentinalını transfer etmək üçün əlindən gələni edir.

O, hətta futbolçunu "ələ keçirmək" üçün onun həyat yoldaşı Vanda Naraya televiziya şoularının birində aparıcılıq da təklif edib.

İkardinin bu məsələyə münasibəti isə hələlik açıqlanmayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.