İdman

Qurban Qurbanov: “Lex”lə oyuna hazırlıq üçün vaxtımız az oldu

4 İyul 2022 22:01
0 Şərh     Baxış: 857
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Polşanın "Lex" komandasına qarşı keçirəcəkləri ilk oyundan öncə fikirlərini bölüşüb. Milli.Az matc.az-a istinadən bildirir ki, Ağdam klubunun çalışdırıcısı bu gün Poznanda baş tutan mətbuat konfransında bunları söyləyib: 

"Bizi çox çətin oyun gözləyir. İlk dəqiqələrdən diqqətli olmalıyıq. Yaxşı oyun göstərməliyik. Bu matça hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, komandada durum normaldır. Futbolçuların hamısı sağlamdır. Sadəcə, bir az zamana ehtiyacımız var. İstər-istəməz tam hazır ola bilmərik".
 
Qurbanov "Lex"in fərqli futbol sərgilədiyini söyləyib: "Bundan əvvəl "Legiya"ya qalib gəlmişdik. Həmin görüş də asan keçməmişdi. "Lex" meydanda fərqli hücumlar sərgiləyir. Amma biz daha çox öz oyunumuz barədə düşünürük. Hər komandanın özünəməxsus oyun tərzi var. Çox çətin olacaq".
 
Təcrübəli baş məşqçi şansların bərabər olduğunu vurğulayıb: "Heç vaxt favorit olduğumuzu deməmişəm. Hər zaman öz oyunumuza önəm vermişəm. "Lex" ilboyu avrokuboklar səviyyəsində matçlar keçirir. Çünki Polşa çempionatının səviyyəsi olduqca yüksəkdir. Bu matçda favorit yoxdur. Sadəcə, futbolçularımı sonadək mübarizə aparmağa kökləmişəm. Rəqibə hörmətlə yanaşıram. İş prinsipləri, oyunçuları ilə maraqlanmışam. Ona görə də kimisə zəif saymaq istəmirəm. Sabah iki yaxşı komanda mübarizə aparacaq. Nəticəni sonda görəcəyik".
 
Sabah Poznandakı eyniadlı arenada baş tutacaq "Lex" - "Qarabağ" matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Cavab qarşılaşması 1 həftə sonra Bakıda keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.