İdman

İngiltərə darmadağına üzüldü, Türkiyə qalib gəldi

15 İyun 2022 07:19
0 Şərh     Baxış: 1 407
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

UEFA Millətlər Liqasının qrup mərhələsində 4-cü tura yekun vurulub.

Milli.Az matc.az-a istinadən bildirir ki, sonuncu oyun günündə 12 qarşılaşma baş tutub.

A Liqasının 3-cü qrupunda Almaniya İtaliyanı, İngiltərə Macarıstanı qəbul edib. İngilislər evdə, italyanlar isə səfərdə böyük hesabla uduzublar.

4-cü qrupda isə Polşa - Belçika və Niderland - Uels qarşılaşmaları baş tutub. Niderlandda bol qollu matç meydan sahiblərinin xeyrinə yekunlaşıb. Belçika isə səfərdə minimal hesabla üstün olub.

C Liqasının 1-ci qrupunda mübarizə aparan Türkiyə millisi Litva ilə üz-üzə gəlib və növbəti qələbə sayəsində rəqibləri üçün əlçatmaza çevrilib. Qrupun digər matçında Lüksemburq Farer Adaları ilə görüşdən heç-heçə ilə ayrılıb.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, 4-cü tur
14 iyun

A Liqası, 3-cü qrup

Almaniya - İtaliya 5:2
Qol: Kimmix, 10. İ.Gündoğan, 45+4-pen. Müller, 51. Verner, 68; 69 - Gnonto, 78. Bastoni, 90+4.

İngiltərə - Macarıstan 0:4
Qol: Sallai, 16; 70. Naqi, 80. Qazdaq, 89.

Xal durumu: Macarıstan - 7, Almaniya - 6, İtaliya - 5, İngiltərə - 2.

A Liqası, 4-cü qrup

Polşa - Belçika 0:1
Qol: Batşuayi, 16.

Niderland - Uels 3:2
Qol: Lanq, 17. Qakpo, 23. Depay, 90+3 - Conson, 26. Beyl, 90+2-pen.

Xal durumu: Niderland - 10, Belçika - 7, Polşa - 4, Uels - 1.

B Liqası, 1-ci qrup

Ermənistan - Şotlandiya 1:4
Qol: Bıçakçyan, 6 - Armstronq, 14; 45+1. Makqinn, 50. Adams, 54.

Ukrayna - İrlandiya 1:1
Qol: Dovbik, 47 - Kollins, 31.

Xal durumu: Ukrayna - 7, Şotlandiya - 6, İrlandiya - 4, Ermənistan - 3.

B Liqası, 3-cü qrup

Bosniya və Herseqovina - Finlandiya 3:2
Qol: Pyaniç, 5-pen. Dzeko, 29; 58 - Pukki, 10. Kallman, 18.

Rumıniya - Monteneqro 0:3
Qol: Muqosa, 42; 56; 63.

Xal durumu: Bosniya və Herseqovina - 8, Monteneqro - 7, Finlandiya - 4, Rumıniya - 3.

C Liqası, 1-ci qrup

Türkiyə - Litva 2:0
Qol: K.Ayhan, 37. H.Çalhanoğlu, 54-pen.

Lüksemburq - Farer Adaları 2:2
Qol: Rodriqes, 12. Pereyra, 49 - Byartalid, 57; 59.

Xal durumu: Türkiyə - 12, Lüksemburq - 7, Farer adaları - 4, Litva - 0.

D Liqası, 1-ci qrup

Moldova - Andorra 2:1
Qol: Kaymakov, 26-pen. Nikolaesku, 50-pen - Vieyra, 45+4.

Lixtenşteyn - Latviya 0:2
Qol: Qutkovski, 20; 28.

Xal durumu: Latviya - 12, Moldova - 7, Andorra - 4, Lixtenşteyn - 0.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.