İdman

Azarkeş Şahruddina yaxınlaşdı, dərhal saxlanıldı

13 İyun 2022 22:08
0 Şərh     Baxış: 1 150
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda Azərbaycan və Belarus milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra meydana azarkeş daxil olub.

Milli.Az "report"a istinadən bildirir ki, yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyevə yaxınlaşan fanat onunla şəkil çəkdirmək istəyib.

Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal həmin şəxsi meydançadan kənarlaşdırmaq istəsələr də, qolkiper buna mane olub və azarkeşin arzusunu həyata keçirib.

Qeyd edək ki, "Dalğa Arena"dakı qarşılaşma Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.