İdman

Ukrayna Şotlandiyanı məğlub edərək Uelsə rəqib oldu - DÇ-2022

2 İyun 2022 08:18
0 Şərh     Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalının təxirə salınmış Şotlandiya - Ukrayna oyunu keçirilib.

Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç Ukrayna millisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ukraynalılar pley-off-un final mərhələsində Uelslə qarşılaşacaq. 

Qeyd edək ki, UEFA Ukraynadakı müharibə səbəbindən yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

DÇ-2022, pley-off mərhələsi, yarımfinal

1 iyun

22:45. Şotlandiya - Ukrayna - 1:3

Qollar:  Yarmolenko, 33., (0:1), Yaremçuk, 49 (0:2), Makqreqor, 79 (1:2), Dovbik, 90+5 (1:3)

Baş hakim: Denni Makkelli (Niderland)

Qlazqo, "Hempden Park" stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.