İdman

Ranqnik “qırmızı şeytanlar”la yollarını ayırıb

29 May 2022 20:57
0 Şərh     Baxış: 1 231
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" komandasının sabiq baş məşqçisi Ralf Ranqnik "qırmızı şeytanlar"la yollarını ayırıb. Milli.Az matc.az-a istinadən bildirir ki, Ole Qunnar Sulşerin istefasından sonra müvəqqəti baş məşqçi təyin olunan təcrübəli mütəxəssis, mövsüm bitən kimi bu postundan ayrılmışdı.

Lakin o, klubda qalıb məsləhətçi kimi fəaliyyətini davam etdirməliydi. Amma Mançester təmsilçisinin yaydığı məlumata görə, Ranqnik bu vəzifəsindən də istefa verib. Qarşılıqlı razılıq əsasında klubdan ayrılan məşqçi, tam olaraq Avstriya yığmasındakı köklənmək istədiyini bəyan edib. "Mançester Yunayted" yaydığı açıqlamada Ranqnikə xidmətinə görə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.
 
Qeyd edək ki, "Mançester Yunayted"i bundan sonra "Ayaks"dan ayrılan Erik Ten Haq çalışdıracaq. Ranqnik isə Avstriya yığmasının baş məşqçisi kimi işini davam etdirəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.