Azərbaycan Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu bəlli olub
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Milli.Az APA-ya istinadən bildirir ki, İdman Araşdırmalar Mərkəzinin (İAM) keçirdiyi səsvermə nəticəsində "Qarabağ"ın futbolçusu Kadi Borqes bu ada layiq görülüb.
Mükafatlandırma mərasimi mayın 22-də Bakı Olimpiya Stadionunun qapalı meydançasında İAM-ın 10 illik yubileyi münasibətilə jurnalistlər arasında Zəfər Kubokunun saat 11:00-da başlanacaq "Suqovuşan" - "Xocalı" oyunundan əvvəl fəxri qonaqların iştirakı ilə keçiriləcək.
Səsvermədə 8 komandadan adları Peşəkar Futbol Liqasının rəsmi saytında əsas komandaların heyətində göstərilən ümumilikdə 189 nəfər (181 futbolçu, 8 baş məşqçi) iştirak edib.
"Qarabağ" və "Sumqayıt"ın 25, "Qəbələ", "Zirə" və "Sabah"ın 24, "Şamaxı"nın 23, "Neftçi" və "Səbail"in 22 üzvü (oyunçular və baş məşqçi) öz variantlarını açıqlayıb.
Respondentlər ümumilikdə 38 futbolçu arasında seçim ediblər. Nəticədə Kadi Borqes 47 səslə birinci yeri tutub. 26 yaşlı braziliyalı yarımmüdafiəçi səslərdən 44-nü oyunçulardan, 3-nü isə baş məşqçilərdən alıb.
"Qarabağ"ın digər yarımmüdafiəçisi Abdullah Zubir 24 səslə ikinci olub.
Üçüncü yeri isə "Sabah"da çıxış edən Azərbaycan millisinin üzvü Aleksey İsayev 19 səslə tutub.
Zubir bütün səsləri həmkarlarından alıbsa, baş məşqçilərdən biri İsayevi ən yaxşı futbolçu hesab atıb.
Qalan baş məşqçilərdən 2-si "Neftçi"dən Emin Mahmudova, 2-si isə "Qarabağ"dan Maksim Medvedev və Patrik Andradeyə səs verib.
Bundan başqa, Mahmudov 12, Adrade 9, Elvin Camalov ("Sabah") 8, Azər Salahlı ("Neftçi") 7, David Volkov ("Zirə") 6, Qismət Alıyev ("Zirə) Murad Musayev ("Qəbələ") hərəyə 5, Tiaqo Bezerra ("Neftçi"), Qara Qarayev ("Qarabağ"), Şahruddin Məhəmmədəliyev ("Qarabağ") hərəyə 4, Vüqar Mustafayev ("Sumqayıt"), Filip Ozobiç ("Qarabağ") və Con-Lens Mikels ("Sabah") hərəyə 3, Asif Məmmədov ("Qəbələ"), İsmayıl İbrahimli ("Qarabağ"), Məqsəd İsayev ("Qəbələ"), İsnik Alimi ("Qəbələ") hərəyə 2 səs yığıblar.
"Qarabağ"dan İbrahima Vadji, Abbas Hüseynov, Ramil Şeydayev və Maksim Medvedev, "Qəbələ"dən Nicat Mehbalıyev, Ülvi İsgəndərov və Ehtiram Şahverdiyev, "Sumqayıt"dan Tellur Mütəllimov, Araz Abdullayev və Vurğun Hüseynov, "Neftçi"dən Sezar Meza Kolli və Aqil Məmmədov, "Zirə"dən Mehdi Cənnətov və Nail Alışov, "Səbail"dən Nikolas Raysel və Ədilxan Qarəhmədov, "Sabah"dan Zurab Oçiqava və "Şamaxı"dan Şəhriyar Əliyev hərəyə 1 səs toplayıblar.
Səsvermənin əsas şərtinə əsasən, respondentlər öz komandalarının futbolçularına səs verməyiblər.
Qeyd edək ki, mövsümün ən yaxşı futbolçusunu ardıcıl beş ildir İdman Araşdırmalar Mərkəzi 8 klubun oyunçuları və baş məşqçiləri arasında sorğu nəticəsində müəyyənləşdirir. Əvvəlki 4 mövsümdə hazırda "Kəpəz"də çıxış edən Cavid İmamverdiyev (2017/2018), "Neftçi"nin yarımmüdafiəçisi Emin Mahmudov (2018/2019), "Qarabağ"ın legioneri Abdullah Zubir (2019/2020) və hazırda Türkiyə "Bursaspor"unun formasını geyinən Namik Ələskərov (2020/2021) ən yaxşı seçilib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun
-
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
-
Alyaskada 6,3 ballıq zəlzələ baş verib
-
Vətəndaşların hərbi əməliyyatlara muzdlu döyüşçü kimi cəlb olunması təhlükəsizlik mühitinə ciddi təhdiddir - DTX rəisi
-
“Ayaqlarım mənim əvəzimə daha yaxşı danışır” - Mbappe
-
DTX rəisi general-polkovnik Əli Nağıyev Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının 28-ci iclasında iştirak edib
-
Afət Fərmanqızı bloqeri məhkəməyə verdi
-
Əşrəf Əşrəfliyə hökm oxundu
-
"Nə vaxt soruşursan deyir, 80 yaşım var" - Sevil və Sevinc - (Foto/Video)
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Rafinya Messinin rekordunu qırdı
-
Şoyqu Paşinyanı tənqid etdi
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər





