İdman

İki stronqmen idmançımız qızıl medal qazanıb

8 May 2022 21:31
0 Şərh     Baxış: 1 039
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

5-6 may tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin və Azərbaycan Stronqmen Federasiyasının dəstəyi ilə Gürcüstanda kecirilən Beynəlxalq Qran-pri turnirinə yollanan 3 stronqmen idmançımızdan ikisi yarışın qalibi olaraq qızıl medal qazanıb, bir idmançımız isə beşinci yerdə qərarlaşıb.

Şəxsi çəkisi 80 kq olan idmançılar arasında Fövqəladə Hallar Nazirliyinin əməkdaşı, Dünya və Avropa çempionu, Azərbaycan Respublikasının və Beynəlxalq Dərəcəli idman ustası olan Rövşən Xəlilov bütün rəqiblərindən güclü olduğunu sübut edib.

Şəxsi çəkisi 105 kq+ olan idmançılar arasında isə Hümbətov Aydın qızıl medala sahib olaraq çempion adını qazanıb.

Digər təmsilçimiz Nicat Hüseynov isə şəxsi çəkisi 105 kq-a qədər olan 14 rəqib idmançı arasında beşinci yerdə qərarlaşıb.

Qeyd edək ki, yarışda Azərbaycan, Gürcüstan, Almaniya, Estoniya, Latviya, İran, İsrail dövlətlərindən 50-dən çox idmançı iştirak edib.

Stronqmen Federasiyasının prezdenti Bəxtiyar Quliyev qeyd edib ki, idmançılarımızı qarşıda daha mötəbər yarışlar gözləyir. O, idmançilarımıza gələcək yarışlarda uğurlar arzu edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.