İdman

“Bəzən ona nifrət edirsən və Mourinyonu öldürmək istəyirsən”

26 Aprel 2022 08:58
0 Şərh     Baxış: 1 432
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyanın "Villarreal" klubunun müdafiəçisi Serj Orye "Roma"nın baş məşqçisi Joze Mourinyo ilə "Tottenhem"də birgə çalışdığı zaman xatirələri bölüşüb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssislə bağlı deyib:

"Bir dəfə mübahisə etdik, amma bu, taktiki səbəblərdən idi. Onun qərarlarından narazı qaldım və Mourinyo ilə danışmaq üçün ofisə getdim. Bilirdim ki, onunla heç bir problem olmadan danışa bilərəm, çünki oyunçunun oyunda olması onun xoşuna gəlir. Ertəsi gün problem həll olundu.

Mourinyo sizi dinləyir və sonra nə düşündüyünü deyir. Bəzən ona nifrət edirsən və Mourinyonu öldürmək istəyirsən, amma sonra onu sevməyə başlayırsan. Çünki onun xarakteri doğuşdan qalibiyyət xarakteri daşıyır və mən onunla bir çox cəhətdən oxşaram".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.