İdman

Futbolçuları ən çox qol vuran ölkələr - Çempionlar Liqasında

18 Aprel 2022 20:18
0 Şərh     Baxış: 1 147
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Benfika"nın futbolçusu Qonçalo Ramos Çempionlar Liqasının (ÇL) 1/4 final mərhələsinin "Liverpul"la cavab oyununda (3:3) fərqlənməklə, bu turnirdə "siftə" edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 21 yaşlı  forvard qitənin ən nüfuzlu klub turnirində qol vuran 100-cü portuqaliyalı futbolçu olub.

Portuqaliya bununla 100 və daha çox oyunçusu ÇL-də fərqlənən 7-ci ölkə olub. Bu baxımdan siyahıya Braziliya başçılıq edir. Cənubi Amerika ölkəsinin indiyə qədər 227 futbolçusu Çempionlar Liqasında rəqib qapısına yol tapıb.

Ətraflı

1. Braziliya - 227 futbolçu
Bombardiri: Neymar - 41 qol

2. Fransa - 204
Bombardiri: Kərim Benzema - 83

3. İspaniya - 167
Bombardiri: Raul Qonzales - 71

4. Almaniya - 143
Bombardiri: Tomas Müller - 52

5. İtaliya - 112
Bombardiri: Filippo İnzagi - 46

6. Niderland - 110
Bombardiri: Rud van Nistelroy - 56

7. Portuqaliya - 100
Bombardiri: Kriştiano Ronaldo - 140

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.