İdman

Maradonanın bu forması 10 milyona satılacaq

9 Aprel 2022 13:42
0 Şərh     Baxış: 646
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1986-cı il Dünya Çempionatında Dieqo Maradonanın geyindiyi "Allahın əli" adlı forması hərracda satılacaq.

Milli.Az olay-a istinadən xəbər verir ki, geyim 4 milyon sterlinqə (təxminən 10 milyon manat) bazarlanacaq.

Bu köynəyi əfsanəvi futbolçuyla forma dəyişdirən ingilis həmkarı Stiv Hodc satır.

"The Hand of God" formasının futbol dünyası, Argentina və İngiltərə xalqı üçün dərin mədəni mənası var. Əminəm ki, onun yeni sahibi dünyanın ən məşhur futbol formasına sahib olmaqdan qürur duyacaq",- deyə Hodc bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.