İdman

Yeni kapitan Çalhanoğlu oldu

29 Mart 2022 08:14
0 Şərh     Baxış: 713
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə milli komandasının yeni kapitanı müəyyənləşib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, Burak Yılmazın millidəki karyerasını başa vurmasından sonra yeni kapitan Hakan Çalhanoğlu seçilib.

"İnter"in 27 yaşlı futbolçusu İtaliya ilə yoxlama oyunu öncəsi keçirilən mətbuat konfransında bu barədə danışıb.

"Kapitan olmağın məsuliyyətini anlayıram və bu sarğını qürurla daşıyacağam. Hər kəs öz üzərinə məsuliyyəti götürməlidir, ancaq hər kəsdən birinci bunu mən etməliyəm. 2015-ci ildən bu formanı geyinirəm. Zaman tez keçir. Emre Belözoğlu və Arda Turanla oynadım. Bu ay da Burak Yılmaz millidən ayrıldı", - Çalhanoğlu bildirib.

Qeyd edək ki, 36 yaşlı B.Yılmaz DÇ-2022-nin pley-off mərhələsinin yarımfinalında Portuqaliya ilə matçdan (1:3) sonra millidəki karyerasını başa vurduğunu açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.