İdman

Şəhriyar Məmmədyarovdan FİDE Qran-prisində ilk qələbə

26 Mart 2022 10:00
0 Şərh     Baxış: 909
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyada keçirilən FİDE Qran-prisində ilk qələbəsini qazanıb.

Milli.Az xəbər verir ki, ötən gün baş tutan 4-cü turda Məmmədyarov almaniyalı Vinsent Kaymerlə üz-üzə gəlib. Oyun 63-cüdə gedişdə Şəhriyarın qələbəsi ilə yekunlaşıb. Bu, Azərbaycan şahmatçısının Qran-pridəki ilk qalibiyyəti olub.

Qeyd edək ki, 37 yaşlı qrossmeyster birinci turda keçirdiyi hər üç oyunda heç-heçə edib. Hazırda Məmmədyarovun aktivində 2,5 xal var.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.