İdman

"Mançester Yunayted"in qapıçısı karyerasını bitirdi

24 Mart 2022 16:52
0 Şərh     Baxış: 1 138
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Yunayted"in qapıçısı Pol Vulston 23 yaşında karyerasını bitirmək məcburiyyətində qalıb. 

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, səbəb sağlamlıq problemləridir. 

Vulston, keçən ilin mart və aprel aylarında iki dəfə əməliyyat olunub. Göründüyü kimi, cərrahi müdaxilələr yetərsiz olub.

"Mançester Yunayted" Vulstonla bağlı verdiyi açıqlamada zədənin nə olduğunu açıqlamasa da, "Transfermarkt" bunun omba ilə bağlı problem olduğunu bildirib.

Gənc qolkiperin karyerasını bitirməsinə komanda yoldaşı David De Xea da münasibət bildirib: "Bu qədər gənc birinin təqaüdə çıxması çox kədərlidir, amma futboldan daha vacib olan normal həyat sürməkdir. O, əla oğlan və əla qapıçıdır, ona görə həqiqətən üzülürəm. Vulstona hər şeyin ən yaxşısını arzulayıram". 

Vulston İngiltərənin U-17 və U-18 milli komandalarının üzvü olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.