İdman

Avropa çempionatı: Boksçumuz gümüş medal qazanıb

23 Mart 2022 19:44
0 Şərh     Baxış: 936
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xorvatiyanın Poreç şəhərində 22 yaşadək oğlan boksçular arasında Avropa çempionatında final görüşlərinə start verilib.

Milli.Az bildirir ki, həlledici görüşə vəsiqə qazanan Azərbaycan millisinin iki üzvündən rinqə əvvəlcə Ruslan Qədirov (54 kq) çıxıb.

Marian Çiniou (Rumıniya) və Elmir Nəbiyevi (Ukrayna) məğlub edən 20 yaşlı Azərbaycan çempionu finalda türkiyəli Samet Gümüşlə üz-üzə gəlib. Gərgin keçən qarşılaşmada rəqib qələbə qazandığından boksçumuz gümüş medalla kifayətlənib.

Nəticədə, Azərbaycan yığmasının Avropa çempionatında qazandığı medalların sayı 3-ə çatıb. Belə ki, bundan əvvəl Cəlal Qurbanov (63,5) və Nəbi İsgəndərov (67 kq) bürünc medala layiq görülüblər. Boksçumuz Nicat Hüseynov (51 kq) isə final görüşünə axşam seansında çıxacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.