İdman

Bundesliqada rəzalət - FOTO

19 Mart 2022 08:52
0 Şərh     Baxış: 1 379
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Bundesliqasının 27-ci turunun "Bohum" - "Borussiya" (Münhenqladbax) oyunu yarımçıq dayandırlıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 71-ci dəqiqədə, hesab 2:0 qonaqların xeyrinə olarkən baş hakim Benyamin Kortus oyunu saxlayıb. Buna tribunadan yan xətt hakiminin üzərinə stəkanın atılması və onun başına dəyməsi səbəb olub. Hadisədən sonra hakimlər və futbolçular meydanı tərk ediblər. Bir qədər keçdikdən sonra elan edilib ki, görüş bərpa olunmayacaq.

"Bohum"un idman direktoru Sebastyan Şindzelorts baş verənləri biabırçılıq adlandırıb. O, yan xətt hakiminin xəsarət aldığını deyərək ona şəfa diləyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.