İdman

Levandovski Messiyə çatdı, "Bavariya" rekordunu yenilədi

9 Mart 2022 11:00
0 Şərh     Baxış: 1 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski UEFA Çempionlar Liqasında yeni nailiyyətə imza atıb.

Milli.Az report-a istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna Avstriya "Zaltsburq"unu 7:1 hesabı ilə yendikləri 1/8 final mərhələsinin cavab oyununda het-trik etməklə nail olub.

Polşalı forvard eyni mövsümdə iki və daha artıq het-trik edən 5 oyunçudan biri olub. Daha əvvəl bunu Kriştianu Ronaldu (2015/2016, 2016/2017) Lionel Messi (2011/2012, 2016/2017), Luis Adriano (2014/2015) və Mario Qomes (2011/2012) bacarıb.

Rekord isə Ronalduya məxsusdur. Hazırda İngiltərənin "Mançester Yunayted" klubunda çıxış edən portuqaliyalı hücumçu 2015/2016 mövsümündə İspaniya "Real Madrid"ində bir mövsümdə 3 het-trik edib.

İlk oyunda rəqibi ilə 1:1 hesablı bərabərə qalan Münhen təmsilçisi Çempionlar Liqasında 1/4 finala yüksəlməklə öz rekordunu da yeniləyib. "Bavariya" tarixində 20 dəfə buna müvəffəq olub. Belə bir göstəriciyə ən yaxın klub İspaniya "Barselona"sıdır - 18 dəfə.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.